Tarix: 26.10.2024 / 22:21
“Gürcü Arzusu” səslərin   52.98%-ni əldə edib

“Gürcü Arzusu” səslərin 52.98%-ni əldə edib

Parlament seçkilərində “Gürcü Arzusu” səslərin 52.98%-ni, ikinci yerdə 11.19%-lə "Dəyişikliklər üçün Koalisiya", üçüncü yerdə isə 9.85%-ni toplayan “Vahid Milli Hərəkat” yer alıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın rəsmi veb saytında əks olunub.

Seçicilərin 9.04%-i "Güclü Gürcüstan” partiyasını dəstəkləyib. Növbəti yerdə isə səslərin 8.24%-ni toplayan “Qaxaria - Gürcüstan üçün” partiyası qərarlaşıb.

Qeyd edək ki, seçkilərdə ümumilikdə 3 min 111 seçki məntəqəsi açıq olub. Hazırda isə ondan yalnız 2 min 176-sı hesablanıb.

Şərhlər

Yaz...