Təbriz Universitetinin tələbələri hicabın əhəmiyyəti barədə keçirilən seminardan sonra müxtəlif Azərbaycan rəqsləri edərək məcburi hicaba qarşı etirazlarını nümayiş etdiriblər.
Diaspora.TV xəbər verir ki, bu barədə görüntülər “Araz News” Teleqram kanalında yayımlanıb.
Təbrizli tələblərin rəqsləri sosial mediada böyük marağa səbəb olub.
Bildirilib ki, seminarda universitet rəhbərliyi İslamda hicabın əhəmiyyəti və qadınların ona riayət etmələrinin vacibliyindən danışıblar.
Çıxışçılar getdikdən sonra universitetin xanım tələbələri səhnəyə gələrək məşhur Azərbaycan xalq musiqisi olan “Pəncərədən daş gəlir”in sədaları altında rəqs ediblər.