Tarix: 11.07.2024 / 17:58
Güneyli reper sərbəst   buraxıldı

Güneyli reper sərbəst buraxıldı

Təbrizli reper və mədəni fəal Milad Cəlili (Elşən) bu gün elektron qandalla Təbriz həbsxanasından sərbəst buraxılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə yerli fəallar məlumat yayıb.

Bildirilib ki, təbrizli sənətçi cəzasının qalan hissəsini həbsxanadan kənarda, məhdud hərəkətlə keçirəcək.

Qeyd edək ki, təhlükəsizlik məmurları təbrizli sənətçini 28 noyabr 2023-cü ildə həbs ediblər.

O, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək”də günahlandırılıb.

Sənətçi, uzun müddət dindirildikdən sonra 29 yanvar 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Milad Cəlili (Elşən), güneyli milli-mədəni məhbuslarla bağlı oxuduğu və sosial mediada geniş yayılan "Biz susduqca..." adlı mahnısına görə cəzalandırılır.

Reper, mahnısında Güney Azərbaycanın müxtəlif bölgələrindən olan milli məhbusların adlarını sadalayır, hakimiyyətlə yanaşı milli-mədəni fəalların həbsinə biganə qalan azərbaycanlıları da qınayır./GünazTV

Şərhlər

Yaz...