Tarix: 21.05.2024 / 12:33
Güneyli milli fəallar İranın  qəddar hakimi qarşısında

Güneyli milli fəallar İranın qəddar hakimi qarşısında

Tehrandakı bədnam Evin zindanında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının bir sıra fəallarının məhkəmə iclası Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində xüsusi qəddarlığı ilə seçilən hakim Əbulqasım Sələvatinin sədrliyi ilə baş tutub.

Diaspora.TV xəbər verir ki, bununla bağlı güneyli milli fəal və siyasi məhbus Abbas Lisaninin “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, məhkəmə iclasında Murtaza Pərvin, Tahir Nəqəvi, Aida Sədiqi, Fatimə Atəşi, Süheyla Əsğəri, Səid Camalzadə, Bağır Hacızadə, Kamal Nuri və Abdulla Vahidinin işinə baxılıb.

Qeyd olunub ki, milli fəallara qarşı “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “rəhbəri (Xameneyini) təhqir etmək” və “casusluq” ittihamları irəli sürülüb.

Şərhlər

Yaz...