Tarix: 17.04.2024 / 12:29
Güneyli məktəbli hələ də  həbsdədir

Güneyli məktəbli hələ də həbsdədir

İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulmasından 41 gün keçməsinə baxmayaraq, güneyli məktəbli Vəhid Əsğəri hələ də Təbrizin mərkəzi zindanında həbsdədir.

Diaspora.TV Günaz.tv-yə istinadən xəbər verir ki, ailəsi onun vəziyyətini öyrənmək üçün dəfələrlə təhlükəsizlik orqanlarına müraciət etsə də, güneyli yeniyetmə haqqında heç bir məlumat ala bilməyib.

Qeyd edək ki, Səhənd şəhər sakini olan Vəhid Əsğəri martın 6-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Aprelin 7-də isə Təbrizin mərkəzi zindanına köçürülüb.

Şərhlər

Yaz...