Güney azərbaycanlı milli fəal Kərim İsmayılzadənin ürək xəstəliyi İran rejiminin təhlükəsizlik qüvvələrinin elektroşok verməsi nəticəsində şiddətlənib.
Diaspora.TV xəbər verir ki, K.İsmayılzadənin ailəsi onun dərmanlarını Təbriz zindanına aparıb, lakin zindanın məsul şəxsləri dərmanları qəbul etməkdən imtina ediblər.
Qeyd edək ki, İsmayılzadə bundan öncə də bir neçə dəfə dinc fəaliyyətlərinə görə həbs edilib.