Tarix: 21.05.2024 / 14:45
Güneyli fəal  sürgün edildi

Güneyli fəal sürgün edildi

Tehranda yaşayan güney azərbaycanlı fəal Behnam Şeyxi həbs cəzasından sonra indi də iki illik sürgün cəzasını çəkmək üçün Xuzistan əyalətinin Məscid Süleyman şəhərinə göndərilib.

Diaspora.TV xəbər verir ki, güneyli milli fəal həbs müddəti başa çatdıqdan sonra sürgün dövrü yaşasa da, məhkəmə orqanları onun qaydaları pozduğunu iddia edərək sürgün cəzasını 6 ay müddətinə artırıb.

Xatırladaq ki, 2014-cü ildə Tehranın yaxınlığındakı Nəsimşəhr bölgəsində Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün milli fəallar Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi saxlanılmışdılar. Onlara ümumilikdə 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdı.

Şərhlər

Yaz...