Tarix: 15.04.2024 / 15:14
 Güneyli fəal istintaqa  cəlb olundu

Güneyli fəal istintaqa cəlb olundu

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından Əlirza Fərşinin istintaq prosesi Mərənd şəhər prokurorluğunda keçirilib.

Diaspora.TV xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edən fəal “İranın dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı üzrə istintaqa cəlb edildiyini bildirib:

“Dövlət ittihamçısı mənim “İnstaqram”dakı paylaşımlarıma baxaraq istifadə olunmuş terminlər barədə şifahi suallar verdi”.

O, bir saat davam edən prosesdə müstəntiqin “totalitar, sıradan çıxarma, assimilyasiya, milli hərəkat, Urmu gölünün qurudulması, Pişəvəri, İranın tacik prezidentləri terminlərindən istifadə etməsinin məqsədinin nə olduğu” kimi suallarını cavablandırıb.

Güneyli fəal ondan paylaşımlarındakı “Hakimiyyət tərəfindən Urmu Gölünün qurudulması”, “separatçılıq və irqçiliyə çağırış”, “İranın tacikvari respublikası” və “Azərbaycan demokrat Firqəsinin banisi Pişəvəri” ifadələrinə görə yazılı şəkildə izahat alındığını deyib.

Şərhlər

Yaz...