Tarix: 01.10.2024 / 08:44
Güney azərbaycanlıları İran bizdən uzaq salır   - Politoloq

Güney azərbaycanlıları İran bizdən uzaq salır - Politoloq

“Avropada məskunlaşan Güney Azərbaycan icmasının bizdən uzaq gəzməsinin kökündə İran təbliğatı dayanır”.

Bu sözləri Diaspora.TV-yə politoloq Abutalıb Səmədov Avropda məskunlaşan Güney Azərbaycan icmasının bizdən və Türk diasporundan kənar gəzməsinin səbəblərini izah edərkən deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan sərhədlərində hərbi təlimlər keçirib bizi təhdid etmələrinin səbəbini soruşanda İran rəsmilərinin izahı belə olur:

“Naxçıvanda Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri keçirilib və bu Ermənistanın ərazi bütövlüyünü təhlkə altına alıb. Bu səbəbdən İran hərbi təlimlər keçirmək qərarına gəlib”.

Abutalıb Səmədov qeyd edib ki, bu iddialara cavab olaraq Azərbaycan prezidenti onlara bir sual ünvanlayıb:

“30 ilə yaxın bir müddətdə Azərbaycan sərhədləri üçün təhdid olmadı. Sərhədlərimiz və böyük bir ərazimiz ermənilər tərəfindən işğal olundu. Və Azərbaycan İran sərhədinin 132 km erməni nəzarətinə keçdi. Onda niyə hərbi təlimlər keçirmədiniz? Niyə etiraz eləmədiniz? Bu sualların cavabını hələ də verən olmayıb”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...