Tarix: 14.05.2024 / 09:46
Güney Azərbaycanda  türk yer adları saxtalaşdırılır

Güney Azərbaycanda türk yer adları saxtalaşdırılır

Güney Azərbaycan əyalətlərində qədim türk adlarının dəyişdirilməsinin davamı olaraq Qərbi Azərbaycan əyalətinin Salmas bölgəsində daha bir kəndin adı dəyişdirilib.

Diaspora.TV xəbər verir ki, Salmasın Ağbulaq kəndinin adı dəyişdirilərək fars və kürd sözlərinin tərkibi olan “Kani sefid” edilib.

İran hökumətinin qanunlarına əsasən, kənd adlarını dəyişdirmək üçün şəhər başçısının razılığı lazımdır. Bu məsələ nəzərə alınaraq, kəndin adının dəyişdirilməsi və yeni lövhənin quraşdırılması bölgə və şəhər rəhbərliyinin razılığı ilə həyata keçirilib.

Bundan qəzəblənən yerli sakinlər bununla bağlı dövlət qurumlarına şikayət etsələr də, onlara heç bir cavab verilməyib.

Şərhlər

Yaz...