Tarix: 16.10.2024 / 10:56
Azərbaycan diasporu belə bir ideologiyaya sahib deyil  - Politoloq

Azərbaycan diasporu belə bir ideologiyaya sahib deyil - Politoloq

“Güclü diaspor hərəkatına sahib olan xalqların bu istiqamətdə uğurlu nəticə əldə etməsinin başlıca səbəbi onların güclü dini və ya milli birlik ideologiyasına malik olmalarıdır. Dini və ya milli birlik ideologiyası təşkilatlanmaq üçün çox vacib faktordur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Taleh Əliyev deyib. Onun fikirincə, bu birləşdirici amil diaspor üzvlərinin assimilasiya olunmadan yaşadıqları ölkələrin ictimai - siyasi, sosial - iqtisadi, elmi - mədəni həyatına daha geniş inteqrasiya olunmasına təkan verir:

“Güclü diaspor hərəkatına sahib olan xalqlar yaşadıqları ölkələrin daxili siyasətində yaxından iştirak etməklə öz milli maraqlarının müdafiəsinə maksimum dərəcədə nail olmağa çalışırlar. Təssüflər olsun ki, Azərbaycan diasporu belə bir ideologiyaya sahib olmadığı üçün nəinki Azərbaycanın dövlət maraqlarını qoruya bilirlər, heç özlərinin milli icma olaraq maraqlarını təmin edə bilmirlər”.

Politoloq hesab edir ki, diaspor quruculuğu sahəsində ilk növbədə diqqət yetirilməli olan məsələ diasporun ideoloji cəhətdən birliyinə nail olmaqla onların mütəşəkkil bir icmaya çevrilməsinə çalışmaq lazımdır:

“Dövlət bu sahədə ciddi nəticələrin əldə olunması üçün müxtəlif ölkələrdə yaşayan diaspor təşkilatlarının fəaliyyətini dətəkləməli, həmin ölkələrdəki sərmayələrini diaspor üzərindən reallaşdırmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...