Tarix: 29.05.2024 / 17:00
Görüşlərin heç birinə dəvət olunmamışam  - Soydaş

Görüşlərin heç birinə dəvət olunmamışam - Soydaş

“3 ildir İstanbulda yaşasam da Azərbaycanın Türkiyədəki konsulluğunun fəaliyyətindən xəbərsizəm”.

Bu sözləri Diaspora.TV-yə İstanbul Memar Sinan İncəsənət Universitetinin müəllimi, azərbaycanlı soydaşımız Şəhriyar Cəfərov deyib.

O, bu günə kimi İstanbulda soydaş-səfir-konsul münasibətləri ilə bağlı keçirilən görüşlərin heç birinə dəvət olunmadığını xatırladıb:

“Bu vaxta qədər konsulluq qurumlarına heç bir müraciətim olmayıb. Onların fəaliyyəti ilə bağlı heç bir məlumatım yoxdur. İndiyə qədər onların təşəbbüsü ilə keçirilən tədbirə, yaxud hər hansı görüşə dəvət olunmamışam. Yəqin layiq görməyiblər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...