Tarix: 17.04.2024 / 11:37

Gərək Amerikada da adamın ola...

Amerikada yaşayan tanınmış azərbaycanlı videobloger Mahir Məmmədli Diaspora TV-nin “Uğurlu soydaş” verilişinin qonağı olub.

M.Məmmədli müsahibə zamanı Amerikaya necə getməsindən, xaricdə təhsildən, Amerikada yaşayan həmvətənlərimizin diaspor fəaliyyətindən danışıb.

Gənc soydaşımız qeyd edib ki, o, Amerikada Azərbaycanı layiqincə təmsil edir.

M.Məmmədli diasporun Azərbaycanla bağlı keçirdiyi müxtəlif tədbirlərdə yaxından iştirak etdiyini, eyni zamanda tələbə yoldaşları olan amerikanlara və digər millətlərin nümayəndələrinə ölkəmizin mədəniyyəti, turizmi haqqında maraqlı informasiyalar verdiyini vurğulayıb.

M.Məmmədli müsahibəsində uğur hekayəsindən, həyat tərzi ilə yanaşı, gənclərə dəstək məqsədilə tövsiyələrini də verib.

Şərhlər

Yaz...