Tarix: 28.07.2024 / 13:29
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin   887-ci günü...

Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 887-ci günü...

Bu gün Ukraynanın Dövlətçilik Günüdür. Bayram- müasir Ukraynanın bir çox nəsillər ilə əlaqəsini, kimliyini və mədəniyyətini xatırladır.

Belə ki, bu gün Kyiv rusunun Vəftiz Gününə təsadüf edir, çünki 1035 il əvvəl ukraynalılarının köklərini, şanlı tarixini və qəlblərini dolduran o dönməz ruhu xatırladan bir gündür. Bu, bir daha sübut edir ki, ukraynalıların min ildən çox dövlət quruculuğu təcrübəsi var.

Ukrayna ərazisində Rusiya aqressiyası, baş verən proseslər (Ukrayna xalqının mübarizə əzmi) onu deməyə əsas verir ki, Ukraynanı heç kim və heç nə özəlləşdirə bilməz!

Ukrayna xalqı bir şeyi dəqiq bilir ki, müstəqillik onun ən böyük sərvətidir və buna qarşı çıxan istənilən qüvvə layiq olduğu cavabı alacaqdır.



Çünki azad və hürr yaşam tərzinə hörmətsizlik edilməsinə, şübhə altına alınmasına heç vaxt imkan verilməyəcək. Ukrayna xalqı öz yolunu müəyyən edib. Avropa yolu-onu inkişafa, tərəqqiyə, sülh və əmin-amanlığa qovuşduraraq, Avropa ailəsinin bir üzvü edəcəkdir.

İlk öncə bunun üçün raşizm bəlası kimi bir xəstəliyi Ukrayna torpaqlarından qovmaq lazımdır.

Rusun buxovu Ukrayna torpaqlarından birdəfəlik gedəcəkdir. Buna şübhəmiz yox, inamımız isə çoxdur.

İnamla qələbəyə doğru.

Bütün ukraynalıları - başda, Ali Baş Komandan Volodimir Zelenski olmaqla təbrik edir, uğur və qələbə arzulayıram.

Qabil Osmanlı

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi

Şərhlər

Yaz...