Tarix: 01.06.2024 / 16:22
 Gənclərimiz vətəndən kənarda adət-ənənələrimizi  necə qoruyur?

Gənclərimiz vətəndən kənarda adət-ənənələrimizi necə qoruyur?

“Tatarıstanda azərbaycanlı gənclər təşkilatı uzun illərdir var və onlar çox fəaldırlar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Milli Mədəni Muxtariyyəti regional ictimai təşkilatının Tatarıstan üzrə keçmiş sədri, eyni zamanda AMOR-un Tatarıstan üzrə keçmiş rəhbəri Elvin Müslümov deyib.

Onun sözlərinə görə, Tatarıstanda azərbaycanlı gənclər arasında mədəniyyətin, təhsilin və idmanın inkişafına dəstək var:

“Gənclərimiz vətəndən kənarda milli adət-ənənələrimizi qoruyur və nümayəndələr arasında əlaqələrin möhkəmlənməsinə kömək edirlər. Ümumdünya Gənclər Festivalı, Novruz bayramı, “Nauruz Guzyale” gözəllik və istedad müsabiqəsi, Beynəlxalq "Dünya mirvarisi" gözəllik və istedad müsabiqəsi, “Tatar milli bayramı”, “Sabantuy”, “Mədəniyyətlər mozaikası” festivalı, Respublika Etnomədəni “Evimiz Tatarıstandır” festivalı, “Xalqlar dostluğu – Tatarıstanın sərvəti” etniklərarası forum kimi bir çox tədbirlər təşkil olunub və yaxından iştirak etmişik”.

E.Müslümov qeyd edib ki, Azərbaycan icması, yerli əhali və gənc fəalların iştirakı ilə hər il beynəlxalq, Ümumrusiya və Respublika tədbirləri keçirilir.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...