Tarix: 29.03.2024 / 11:03
Gənc soydaşımız Ukraynada nazir müavini təyin olundu

Gənc soydaşımız Ukraynada nazir müavini təyin olundu

Ukraynada yaşayan daha bir gənc soydaşımız Fərhad Fərhadov nazir müavini vəzifəsinə təyin olunub.

Diaspora.tv xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqalın sərəncam ilə F.Fərhadov veteranlar nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Ukraynanın Dnipropetrovsk vilayətindən olan F.Fərhadov Dnipro Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. İxtisasca hüquqşunas olan F.Fərhadov uzun müddət Dnipro və Kyiv şəhər Daxili İşlər və Ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışıb.

Sonradan təyinatla Ukrayna Daxili İşlər Nazirliyində İnsan Resursları şöbəsinin və Təhlükəsizlik Departamentinin rəhbəri vəzifələrində çalışıb.

F.Fərhadov dəfələrlə Ukrayna hakimiyyəti tərəfindən xidmətdə fərqlənməyə görə təltif olunub.

Şərhlər

Yaz...