Tarix: 13.08.2024 / 10:00
Gəlsinlər, torpaq əkib-becərsinlər   - Sabiq deputat

Gəlsinlər, torpaq əkib-becərsinlər - Sabiq deputat

“Azərbaycan dövləti çalışır ki, xarici investorları ölkəyə cəlb eləsin”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında sabiq deputat Əli Əlirzayev bildirib.

O, qeyd edib ki, Azərbaycanın həm də xarici investisiya siyasəti var:

“Eyni zamanda xarici investorların təşviqi məsələsi də var. İstər azərbaycanlı, istərsə də xarici investor olsun, əgər Azərbaycan və yaxud da başqa bir bölgəyə investisiya qoyursa həmişə həmin adamlar üçün müəyyən mənada güzəştlər nəzərdə tutulmalıdır”.

Yerli əhaliyə gəlincə, sabiq deputat deyir ki, istəlinən bölgənin vətəndaşını Qarabağ zonasına diqqətini çəkmək üçün mütləq mənada güzəştlər olunmalıdır:

“Gəlsinlər, ona verilən torpağı əkib-becərsinlər. Eyni zamanda həmin regionun, dövlətin marağını, mənafeyini təmin etməlidir”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...