Tarix: 19.11.2024 / 10:00
Gediş haqqını ödəməkdən imtina edən    qadın azərbaycanlıdır?

Gediş haqqını ödəməkdən imtina edən qadın azərbaycanlıdır?

Krasnodarda sosial şəbəkələrdə geniş rezonans doğuran və Rusiya İstintaq Komitəsinin (İQK) diqqətini cəlb edən qalmaqal baş verib.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, şəhər avtobuslarından birində gediş haqqını ödəməkdən imtina edən bir qadın guya münaqişə yaradıb. Maraqlıdır ki, rus mediası həmin qadının azərbaycanlı olduğunu iddia edir. Lakin ortada qadının azərbaycanlı olduğunu sübut edəcək heç bir dəlil yoxdur.

Guya yayılan videoda (hansı ki, ortada video da yoxdur) gediş haqqını ödəməkdən imtina edən qadının digər sərnişinlərə qarşı aqressiv davrandığı iddia olunur. Adı və soyadı bəlli olmayan şahidlər bildirib ki, o avtobusu tərk etməkdən imtina edərək nalayiq ifadələr və təhqirlərlə sərnişinlərə hücum edib.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin hadisənin araşdırılmasına göstəriş verib.


Şərhlər

Yaz...