Tarix: 10.12.2024 / 10:10
Son hadisələrlə bağlı azərbaycanlılara     müraciəti olundu

Son hadisələrlə bağlı azərbaycanlılara müraciəti olundu

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) son hadisələrlə bağlı azərbaycanlılar müraciəti edib.

Diaspora.TV xəbər verir ki, müraciətdə deyilir:

"Əziz Güney Azərbaycan Türk Milləti və fəalları!

21 Azər 1945-ci il tarixində Pişəvəri tərəfindən qurulan Azərbaycan Milli Hökumətinin təcrübəsini yenidən yaşamamaq üçün bu tarixdən düzgün dərs almalı və nəticələr çıxarmalıyıq. Hazırda həm beynəlxalq siyasi vəziyyət nöqteyi-nəzərdən, həm də daxildə hökumət siyasi və ideoloji cəhətdən süqut mərhələsindədir. Orta Şərqdəki çətinliklərdən və millətimizin iqtisadi, mədəni, ekoloji və siyasi vəziyyətinin ağırlaşmasından nəticə çıxararaq birlikdə çalışmalıyıq. Bu gün yalnız Güney Azərbaycanın müstəqilliyinə diqqət yetirmək və 55 milyon Azərbaycan türkünün dinc şəkildə dünya ictimaiyyəti ilə əməkdaşlıq etməsi üçün birləşmək zamanıdır. Hazırda Türk dövlətləri, qonşu və dünya dövlətləri, eləcə də Qərb və Şərqlə birlikdə işləyərək, böyük tarixə sahib olan millətimizə daha yaxşı və layiqli sistem qurmağın vaxtıdır. Sözsüz ki, yaranmış bu tarixi şəraiti millət olaraq düzgün dəyərləndirməyimiz gərəklidir. Müstəqilliyimiz və bir dəfəlik öz taleyimizi ələ almaq üçün ayağa qalxın! Gələcəyimiz üçün daha yaxşı iqtisadiyyat, demokratiya, təhsil, ətraf mühit və həyat şəraiti qurmaq üçün birlikdə hərəkət edək!"






Şərhlər

Yaz...