Tarix: 07.06.2024 / 12:50
Fuad Muradov Yaponiyanın   Azərbaycandakı səfiri ilə görüşüb

Fuad Muradov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanebe Katsuya Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Diaspora.TV komitəyə istinadən xəbər verir ki, sədr Fuad Muradov Komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları haqqında ətraflı məlumat verib. Komitənin təkcə xaricdə yaşayan azərbaycanlılarla deyil, eyni zamanda Azərbaycana dost münasibəti bəsləyən ölkələrlə də iş apardığını bildirən sədr Yaponiyadakı Azərbaycan diasporunun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsində mühüm rol oynadığını qeyd edib. Komitənin dəstəyilə Yaponiyada gerçəkləşdirilən layihələr barədə fikirlərini bölüşüb.

Səfir Vatanebe Katsuya səmimi qəbula görə təşəkkür edib. Ötən ilin dekabrından Azərbaycanda fəaliyyətə başladığını söyləyən Səfir azərbaycanlıların Yaponiyaya olan sevgisinin onda xoş təəssürat yaratdığını deyib. O, bundan sonrakı fəaliyyətində Komitə ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirib.

Şərhlər

Yaz...