Tarix: 22.08.2024 / 17:32
Fuad Muradov Benilüks Azərbaycanlıları Konqresinin rəhbərliyi    ilə görüşüb

Fuad Muradov Benilüks Azərbaycanlıları Konqresinin rəhbərliyi ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) rəhbərliyi ilə görüşüb.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, görüşdə BAK-ın sədri Elsevər Məmmədov, sədr müavini Sima Cəfərova, mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva və Azərbaycan üzrə nümayəndəsi Məcid Məmmədov iştirak ediblər.

Komitə sədri bu günlərdə başa çatan “Gənclər yaşıl dünya naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində Benilüks ölkələrindən, o cümlədən Niderlanddan olan diaspor gənclərinin iştirakını məmnunluqla xatırlayıb, diaspor fəaliyyətinin daha da dərinləşdirilməsi istiqamətində fikirlərini açıqlayıb.

BAK-ın cari ildəki fəaliyyətinə toxunan qurum rəhbərliyi ilin sonunadək konqresin növbəti qurultayının keçiriləcəyini, təşkilat nəzdində fəaliyyət göstərən “Körpə fidanlar” uşaq musiqili teatr qrupunun 5 illik yubileyinin qeyd olunacağını bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi ilə başa çatıb.

Qeyd edək ki, Benilüks Azərbaycanıları Konqresi 18 noyabr 2006-cı ildə Niderlandın paytaxtı Amsterdam şəhərində 15 diaspor təşkilatı tərəfindən təsis olunub.


Şərhlər

Yaz...