Tarix: 12.12.2024 / 18:08
Azərbaycanlı iş adamı  Rusiyada saxlanıldı

Azərbaycanlı iş adamı Rusiyada saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyinin əməkdaşları Belqorodda azərbaycanlı iş adamı Teyyub Məhəmməd oğlu Hüseynovu saxlayıblar.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Onun bir sıra korrupsiya sxemlərinin iştirakçısı olduğu iddia edilir.

Azərbaycanlı iş adamı bir müddət əvvəl 2007-ci il təvəllüdlü oğlu Eltun Hüseynovun “Bentley” markalı avtomobili sürücülük vəsiqəsi və avtomobil nömrəsi olmadan idarə etməsi nəticəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən polisə rüşvət təklif etməsinə görə saxlanılıb.

Təhlükəsizlik qüvvələri puldan imtina edərək ata və oğulu saxlayıblar.

Faktla bağlı “rüşvət vermə” maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Rusiya mediası Teyyub Hüseynovu Azərbaycan diasporunun rəhbəri kimi təqdim edir. Lakin Diaspora.TV-nin araşdırmasına görə, sözügüdən şəxs heç bir diaspor fəaliyyəti ilə məşğul olmur.



Şərhlər

Yaz...