Tarix: 24.04.2024 / 13:06
 Fransız mətbuatından əlimizi üzmüşük....  – Diaspor fəalı Günel Səfərova

Fransız mətbuatından əlimizi üzmüşük.... – Diaspor fəalı Günel Səfərova

“Ermənilər “qondarma soyqırımı” mövzusunu hər il Fransada qaldırırlar. Bu il də bilirəm ki, gündəmə gətirməyə çalışacaqlar”.

Bu fikirləri Diaspora.TV-yə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) prezidenti Günel Səfərova deyib.

Onun sözlərinə görə, ermənilər həmişə Fransada Türkiyə konsulluğunun qarşısında mitinq keçirirlər, bu il də istisna deyil:

“Ermənilərin mitinq keçirməsinə dair sosial şəbəkələrdə məlumatlar yayıblar. Paylaşımda bildiriblər ki, 24 aprel tarixində mitinq keçiriləcək. Hətta bilirik ki, ermənilərin həmin yürüşləri heç zaman sağlam olmur. Böyük ehtimal ki, divarları yazacaqlar, nə isə atacaqlar. Ötən illərdə Liondakı Türkiyə Konsulluğunun binasına zərər vurmuşdular. Bu il də yəqin ki, eyni hadisələr yaşanacaq”.

Müsahibimizin sözlərinə görə, ermənilərin Fransada radikal qrupları var:

“Həmin qruplar gənclərdən ibarətdir, çox aktivdirlər. Hər dəfə də təşkilatçı qismində çıxışlar edirlər. Ermənilərin dəsti-xətti hər kəsə aydındır. Sırf Azərbaycana qarşı təzyiq məsələsinə gəlincə, II Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan deyə, bir fərq yoxdur. Harada onlar varsa, biz də orada varıq. Hətta ermənilər bu səbəbdən dolayısı ilə bizi də “soyqırım”da günahlandırırlar. Guya Qarabağda ermənilərə qarşı ikinci dəfə soyqırım törədilib”.

G.Səfərova vurğulayıb ki, Fransada mətbuat ermənilərin əlindədir:

“Güclü erməni diaspor nümayəndələri Fransada mətbuata nəzarət etdiyi üçün istədikləri kimi idarə edirlər. Hətta buna bariz nümunə özümüzük. Dəfələrlə bizim müsahibələri verməyiblər. Deyərdim, 15-20 dəqiqəlik müsahibəmizi bir cümlə ilə paylaşırlar ki, o da aidiyyatı olmayan bir cümlə olur. Buna görə fransız mətbuatından da əlimizi üzmüşük. Nə qədər ki, o mediada ermənilər var, biz azad mediadan danışan bilmərik”.

Xəyalə Zöhrab
Diaspora TV

Şərhlər

Yaz...