Tarix: 23.07.2024 / 17:15
Fransanın antimüsəlman hücumları üçün yeni bəhanəsi:   Olimpiadanın təhlükəsizliyi

Fransanın antimüsəlman hücumları üçün yeni bəhanəsi: Olimpiadanın təhlükəsizliyi

Fransa hökuməti müsəlman miqrantları hədəfə almaqdan ötrü yeni bəhanə tapıb. Parisin təhlükəsizlik orqanları ölkədəki bütün müsəlman miqrantları terrorçu gözündə görür...

Martın sonlarında, Moskvada taciklərin terror törətdiyi iddialarından bir neçə gün sonra Fransada yaşayan tacik jurnalist Temur Varkini Paris polisinin zəngi yuxudan oyadıb. İki polis zabiti ondan Mərkəzi Asiyada keçmiş Sovet respublikası olan yoxsul Tacikistandan Fransada yaşayan kiçik mühacir icması haqqında sorğu-suala tutub:

“Kimi tanıyırsan? Nə qədər? Harada?"

Varkey xatırladıb ki, zabitlərdən biri rus dilində danışırmış. Fransada siyasi qaçqın olan, BBC kimi media orqanlarında işləyən Varkey polisə ölkədə bir neçə taciki tanıdığını, onların əsasən mühacir həmkarları və dissident olduğunu söyləyib:

"Amma mən heç bir cihadçı tanımıram".

İyulun 26-da başlayacaq Paris Olimpiadası ərəfəsində Fransanın təhlükəsizlik xidmətləri kəşfiyyat orqanlarının problemini həll etməyə və ölkədəki taciklər və digər Mərkəzi asiyalılarla daha dərin əlaqələr qurmağa tələsir. Onların arasında indiki və keçmiş kəşfiyyatçılar, polislər, diplomatlar və səlahiyyətlilərin əlaqə saxladığı Mərkəzi Asiyadan olan miqrantlar var.

Bu addımlar “Crocus Sity”də baş verən hadisədən sonra atılır. Rəsmi iddialara görə, terror aktı İranın tarixi Xorasan bölgəsinin adını daşıyan, İslam Dövlətinin Əfqanıstan və Mərkəzi Asiyada yenidən canlanan qanadı olan İŞİD-X-in tacik üzvləri tərəfindən həyata keçirilib. Yanvarın 3-də İranda İslam İnqilabı Keşikçiləri Korpusunun öldürülmüş komandiri Qasım Süleymaninin anım mərasimində törədilən kamikadze partlayış 100-ə yaxın insanın həyatına son qoyub, martın 22-də Moskva faciəsində isə silahlı şəxslər “Crocus City Hall”da konsertə gələnlərə atəş açıblar, nəticədə 130 nəfərdən çox adam öldürülüb.

Fransa hakimiyyəti mayın sonlarında İslam Dövləti adından intihar missiyası planlaşdırmaqda şübhəli bilinən 18 yaşlı çeçeni həbs edərək, artıq bir islamçı hücumunun qarşısını aldığını bildirib.

Mürəkkəb müstəmləkə keçmişi, israrlı anti-müsəlman hissləri, Yaxın Şərq və Afrikadakı müharibələrdə tarixi iştirakı olan Fransa uzun müddətdir İslamı hədəfə alıb. Keçən ay Parisin polis rəisi Laurent Nunez Olimpiadada "islamçı terrorizm bizim əsas problemimiz olaraq qalır" deyib.

Fransanın Taciklər Assosiasiyasının məlumatına görə, ölkədə 30-a yaxın tacik ailəsi yaşayır.

Varkey ilə danışan iki polis məmuru “Reuters”ə şərh verməkdən imtina edib. Paris polisi sualları Fransa Daxili İşlər Nazirliyinə yönləndirib, onlar isə şərh verməkdən imtina edib.

P.S. Material hazırlanarkən “Reuters” və digər xarici KİV-lərdən istifadə olunub.

Vahid
Diaspora.TV

Şərhlər

Yaz...