Fransada fəaliyyət göstərən ALİM Elmi Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü, iqtisad üzrə fəlsəfə doktoru, ADA və Versal Universitetlərinin müəllimi Günel Səfərova Lion şəhərində Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunan tədbirdə iştirak edib.
Diaspora.TV xəbər verir ki, Lionun mərkəzində - İntercontinental Lyon – Hôtel Dieu ziyafət zalında keçirilən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qonaqlara müraciət videosu nümayiş etdirilib.
Sonra xanım konsul Elif Çelebican tədbidə iştirak edən qonaqları salamlayıb, Türkiyənin 101 illik tarixindən qısaca bəhs edib.
Qonaqlar arasında Auvergne-Rhône-Alpes regionundakı konsullar, fəxri konsullar, regiondan olan deputatlar, türk diaspora nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan diasporunu Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının nümayəndələri - Günel Səfərova, Natəvan Nəsibova və Turan Əhmədova təmsil ediblər.