Tarix: 21.09.2024 / 08:33
 Fransadakı Çin diasporu nəyə    qəzəblənib?

Fransadakı Çin diasporu nəyə qəzəblənib?

Çinin Fransadakı səfirliyi ölkəsinin milli ləyaqətini qorumaq üçün sarsılmaz sadiqlik nümayiş etdirən Fransadakı Çin icmasının vətənpərvər hərəkətlərini təqdir edib və dəstəkləyib.

Diaspora.TV xəbər verir ki, Çin diaspor təşkilatlarının Fransada müxtəlif formatlı etriaz aksiyaları olimpiada zamanı Parisdə çinli azarkeşlərin yerləşdiyi “Evergreen Laurel” otelində Çinin dövlət bayrağının asılmasından imtina edildiyinə görə başlayıb və hələ da davam edir.

Çin səfirliyin yaydığı bəyanata görə, Çin diaspor təşkilatları, o cümlədən Çinin Dinc Milli Yenidən Birləşmənin Təşviqi Şurasının Fransa şöbəsi və Fransa-Çin Ticarət Assosiasiyası (AFCC) iclas keçirərək insidentə cavab olaraq bəyanat yayıblar. Çin Səyahət Agentlikləri Assosiasiyası (ACAV - Fransa) da otelin hərəkətlərindən dərin narahatlıq və qətiyyətlə pisləndiyini bildirən bəyanat yayıb.

Fransadakı Çin icması verdiyi açıqlamada Parisdəki Tayvan şirkətinə məxsus “Evergreen Laurel” otelinin hərəkətlərinin Çin diasporunun heysiyyatını ciddi şəkildə zədələməklə yanaşı, Çinin milli ləyaqətini də təhqir etdiyini bildirib.

Bəyanata Çin diaspor təşkilatlarının 50-dən çox lideri də imza ataraq, baş vermiş hadisə ilə bağlı kəskin narazılıqlarını və Çinin milli ləyaqətini qorumaq üçün qəti öhdəliklərini ifadə ediblər. Çinin Fransadakı səfirliyi Çin icmasının vətənpərvərlik hərəkətlərini yüksək qiymətləndirdiyini və qətiyyətlə dəstəklədiyini qeyd edilib:

“Yalnız bir Çin var və Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir”.

Səfirliyin bəyanatında deyilir ki, Çin xalqı daxildə və xaricdə birləşdikcə, vətənpərvərlik ruhunu təbliğ etdikcə və ali milli maraqlar naminə birgə səy göstərdikcə, şübhəsiz ki, tam milli birləşmənin reallaşdırılmasının ədalətli işinə nail olunacaq.

Şərhlər

Yaz...