Tarix: 13.08.2024 / 18:23
Fransada musiqi məktəbi açan azərbaycanlı   - Fotolar

Fransada musiqi məktəbi açan azərbaycanlı - Fotolar

“Azərbaycanda musiqi məktəbini bitirdikdən sonra Fransanın Colmar şəhərinin konservatoriyasında vokal və dirijorluq üzrə təhsil almışam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Fransada yaşayan soydaşımız, bəstəkar, xor rəhbəri, pianist və vokal müəllimi İlahə Ahui deyib.

İ.Ahuinin sözlərinə görə, Fransada Azərbaycan bəstəkarlarının yaratdığı mahnıları və musiqiləri tanıdır:

“Bu yaxınlarda fransalı yazıçı Paul Verlainenin yazdığı şeirə musiqi yazıb konsertimizdə təqdim etdim. Adı da belədir: “Il pleure dans mon Coeur”. 2023-cü ilin sentyabrında Sélestat şəhərində musiqi məktəbimi açdım, “Yamaha Music School Sélestat” və bu məktəbin həm direktoru, həm də müəllimiyəm. Yeni mövsümdə məktəbimdə gitara dərsləri də veriləcək”.

İlahə Ahui qeyd edib ki, diaspora fəaliyyətində hər hansı bir problemlə qarşılaşmayıb:

“Fuad bəyə (Diaspora Komitəsinin sədri Fuad Muradov nəzərdə tutulur) müraciət yazıb Azərbaycan bəstəkarlarının notlarını, Azərbaycan əşyalarının göndərməsini xahiş etmişəm ki, məktəbimdə tələblərimə göstərim. Ümid edirəm ki, tezliklə mənə cavab verər”.

İ.Ahui onu da qeyd edib ki, “Alluance” xoruna rəhbərlik edir.

Xanım bəstəkar Mulhouse şəhərində sonuncu konsertindən fotoları da Diaspora.TV-yə təqdim edib:



Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...