Tarix: 09.12.2024 / 12:55
Fransa səfirindən Azərbaycana qarşı    daha bir təxribat

Fransa səfirindən Azərbaycana qarşı daha bir təxribat

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinə gəlib.

Diaspora.TV xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının məlumatında bildirilib.

"Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq", - Aİ missiyası bildirib.

Səfirə missiyanın işi barədə məlumat verilib.

“O, həmçinin yerlərdə fəaliyyətimizə nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə qoşulub”, - missiyanın açıqlamasında deyilir.

Qeyd edək ki, Olivye Dekotini bundan əvvəl də Ermənistan-Azərbaycan sərhədinə gələrək, Azərbaycan ərazilərini müşahidə etməklə təxribata əl atıb.


Şərhlər

Yaz...