Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib.
Diaspora.TV “Report”a istinadən xəbər verir ki, o, “Le Monde” qəzetinə müsahibəsində etiraf edib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir:
“Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib”.
Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən B.Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər “fransız diplomatiyasına zərbə vurur”.
Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu.