Tarix: 29.10.2024 / 11:40
Fransa hökuməti qanunsuz miqranta necə ram oldu? –    Miqrant hekayələri

Fransa hökuməti qanunsuz miqranta necə ram oldu? – Miqrant hekayələri

Əbu Sanqare Kann film festivalında mükafat qazanmış ola bilər, lakin onun tək istəyi Fransada yaşamaq icazəsi alaraq mexanik işləməkdir.

Diaspora.TV xəbər verir ki, qeyri-müntəzəm immiqrasiya və bloklanmış deportasiya əmrləri Fransa siyasətində uzun müddətdir ki, qorxuları qızışdırmaq istəyən ifrat sağçıların son seçkilərdə istifadə etdiyi məsələlərdir.

İndi mükafat qazanan film uzun müddət söhbətdən kənarda qalmış sənədsiz miqrantların səsini gücləndirir.

“L'Histoire de Souleymane” filmində rol alan Əbu Sanqare "Bu, olduqca əyləncəli idi" deyir:

“Radiodan televiziyaya qədər müsahibə üçün çox müraciətlər almışıq”.

Sanqare filmdə sığınacaq axtaran, kuryer işləməklə pul qazanan, yaşamaq icazəsi üçün sənəd almaq məqsədilə vacib müsahibəyə hazırlaşan gənci canlandırır.

Kann Film Festivalında “Ən Yaxşı Aktyor” mükafatını qazanan Sanqareh üçün bu ekran əsəri fantastika ilə reallığının qarışığıdır. 16 yaşında Qvineyadan Fransaya gəldikdən sonra onun daimi hüquqi statusu olmayıb və Fransadakı minlərlə insan kimi deportasiya ilə mübarizə aparmalı olub.

Rejissor Boris Lojkinlə tanış olduqdan sonra Sanqarinin həyatı dəyişdi. Bir neçə dinləmədən sonra 23 yaşlı Süleyman roluna çəkildi və bu, onu kölgədən çıxardı. Onun üzü Fransanın metrostansiyalarında və avtobus dayanacaqlarında film afişalarında göründü.

Bu, həm də onu ölkədə miqrasiya ilə bağlı qızğın müzakirələrin mərkəzinə atdı. Film keçən həftə Fransa Milli Assambleyasında nümayiş etdirilib. Hətta ifrat sağçı siyasətçilərin Sanqarenin filmdə rol almasından şikayət etməsinə, Fransanın daxili işlər naziri Bruno Retaillotun qeyri-qanuni miqrasiya ilə mübarizə aparacağına və daimi qanuni yaşamaq icazəsi olmayanları ölkədən qovmaq üçün daha çox iş görəcəyinə söz verməsinə rəğmən alqış toplayıb.

Solçu siyasətçilər mücərrəd şəkildə Fransa siyasətində çoxdan havadan asılı qalan bir məsələnin filmdə humanistləşdirilməsini tez bir zamanda gündəmə gətiriblər. Yeni Xalq Cəbhəsindən Danielle Simonnet bu barədə sosial mediada yazıb:

"Bu filmə baxın və başqalarına da baxmağa icazə verin ki, bütün Süleymanlar, bütün qeyri-leqal işçilər, bütün Uber kuryerləri nəhayət tanınsınlar: onların əməyi qanuniləşdiriləcək və ödəniləcək. Bizim insanlığımız bundan asılıdır”.

Digərləri isə ifrat sağçı cəhdlərə qarşı çıxmaq üçün Sanqarenin şəxsi tarixçəsinə işarə edərək, 2019-2022-ci illər arasında verilən əmrlərin 2%-dən azının cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edib.

Filmə dəvət alanda Sanqare oynayacağı rolun film dünyasından kənarda əks-səda doğuracağını deyib:

"Həyatımın bu aspekti ilə ictimaiyyətə çıxmağa qərar verdiyim andan həqiqətən gərgin və əsəbi idim. Çətin idi".

Filmdə Süleymanın gecə-gündüz işləməsi göstərilir, bunula Fransada və Avropanın böyük hissəsində baş verən paradoksa işarə edilir: hətta bir çox hökumətlər miqrasiyanı məhdudlaşdırmağa və sənədsiz miqrantları qovmağa çalışsalar da, onların əməyi kənd təsərrüfatı və və tikinti kimi sektorlardakı boşluqları doldurmaq vasitəsinə çevrilib.

"Səhər tezdən zibil atmaq üçün oyanan bir fransız görmək mümkün deyil. Bu işi görmək istəyən insanların çalışması üçünsə onlara sənəd verilməlidir" deyir Sinqare.

2017-ci ildə azyaşlı kimi Fransaya gələn Sanqare üç dəfə yaşayış icazəsi üçün müraciət edib. Rədd cavabı aldıqdan sonra mübarizə apararkən (bir neçə dəfə müraciət etsə də, yenə nəticə rədd cavabı olub) orta məktəbdə oxuyub və avtomexanik olmaq üçün təhsil alıb.

Amma avtomobil təmiri sexində daimi iş təklifi alsa da, sənədləri olmadığı üçün təklifi qəbul edə bilməyib. “Filmin məqsədlərindən biri sual verməkdir: illərini Fransa ərazisində keçirən və sığınacaq almayan insanlarla nə etmək lazımdır? - Sanqare deyir:

"Bunlar sənədsiz, lakin hər gün işləyən və ölkənin rifahına töhfə verən insanlardır".

Filmin premyerasından sonra Sanqare onunla işləməkdə maraqlı olan sənaye sahiblərdindən çoxlu telefon zəngi alıb. Bununla belə, Kann Festivalında qazanılmış rəğbət və tənqid daha da böyük mükafata - yaşamaq icazəsi qazanmağa səbəb ola bilərdi.

O bu yaxınlarda Fransa hökumətinin dəvəti ilə yaşamaq üçün dördüncü dəfə müraciət edib.

Şərhlər

Yaz...