Fransa hökuməti evsiz insanları və miqrantları Parisdən zorla çıxarır.
Diaspora.TV “Inside The Games”ə istinadla xəbər verir ki, Fransa hakimiyyəti Olimpiya Oyunları başlamazdan əvvəl miqrantları və evsiz insanları Parisdən zorla çıxarır.
Qeyd olunur ki, Fransa hakimiyyəti evsizlərə və miqrantlara qarşı qanunsuz hərəkətlərə görə ictimaiyyət tərəfindən tənqid olunub.
2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.