Tarix: 13.11.2024 / 11:08
Fransa - Azərbaycan Kültür Mərkəzi Prezidentə    müraciət etdi

Fransa - Azərbaycan Kültür Mərkəzi Prezidentə müraciət etdi

Fransa - Azərbaycan Kültür Mərkəzi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, iştirakçı dövlətlərin liderləri və nümayəndələrinə müraciət ünvanlayıb.

Fransa - Azərbaycan Kültür Mərkəzindən Diaspora.TV-yə daxil olan Müraciətdə deyilir:

“Dünyamızı bürüyən qlobal iqlim siyasəti çərçivəsində Bakı şəhərində keçirilən bu beynəlxalq tədbiri alqışlayır, səmərə və fayda gətirəcək işinizdə Sizlərə uğurlar arzulayırıq.

Fransa başda olmaqla, digər iştirakçı olmayan dövlətlərin gənc və müstəqil Azərbaycana qarşı apardığı çirkin təbliğatı bu tədbirin keçrilməsinin qarşısını ala bilmədiyi kimi, onun qəbul edəcəyi qərarlara da öz təsirini göstərə bilməyəcək.

Bu gün dünyada gedən qlobal siyasətlər içində gələcək nəsillərə təmiz, firavan, nəfəs alacaq qədər bir dünya qoyub getmək hər hansı bir ölkə vətəndaşı olmağımızdan və milli mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin borcudur.

Biz, Avropada fəaliyyət göstərən beynəlxalq təşkilat olaraq, doğma vətənimizdə belə bir beynəlxalq tədbirin keçirilməsinə sevinir və tədbirə öz işində uğurlar arzulayırıq”.

Qeyd edək ki, müraciəti Fransa Azərbaycan Kultur Mərkəzinin Prezidenti Doktor Əhməd Mehribani, İdarə Heyətinin üzvləri - doktor Nurəddin Qərəvi, DAK-ın həmsədri Firudin Pərviz Nia, Köln Azərbaycan Evinin sədri Əhməd Həsən, DAK-ın Avropa ölkələri üzrə rəhbəri Əli Hacı Ağaevli imzalayıblar.


Şərhlər

Yaz...