Tarix: 01.11.2024 / 11:00
Fondun icraçı direktorunun müavini    vəzifəsindən azad olunub?

Fondun icraçı direktorunun müavini vəzifəsindən azad olunub?

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Maya Qarayevanın vəzifəsindən azad edildiyi iddia olunur.

Diaspora.TV-nin əldə etdiyi məlumata görə, Maya Qarayeva əvvəl Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb. Lakin bir müddət sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini təyin olunub.

Fondda çalışan M.Qarayevanın 2024-cü ilin yanvar ayından Diasporla İş üzrə Dövlət Komitəsinə qaytarıldığı və artıq bir aya yaxındır ki, oradan da uzaqlaşdırıldığı iddia olunur. Qeyd edilir ki, M.Qarayevanın adı Fondda getsə də, özü Dövlət Komitəsində oturub, verilən tapşırıqları icra edib.

Diaspora.TV-nin əməkdaşı məsələni dədiqləşdirmək üçün M.Qarayeva ilə əlaqə saxlayıb. Hazırda xaricdə olduğunu bildirən M.Qarayeva məlumatı nə təsdiq, nə də təkzib edib, yazılı suallarımızı cavablandırmayıb.

Qeyd edək ki, işdən çıxarıldığı iddia olunan M.Qarayevanın adı Azərbaycan Diasporuna Dəstək Fondunun internet resursunda hələ də icraçı direktorun müavini kimi saxlanılır.




Şərhlər

Yaz...