Tarix: 24.09.2024 / 17:20
Finlandiyada yaşayan azərbaycanlı həkimlərin görüşü    baş tutub

Finlandiyada yaşayan azərbaycanlı həkimlərin görüşü baş tutub

Helsinki Azərbaycan Evində Finlandiyada yaşayan azərbaycanlı həkimlərin görüşü keçirilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, görüş Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi, Azərbaycan-Türk gənclər təşkilatının rəhbəri, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.

Görüşdə iştirak edən həkimlər öz peşə təcrübələrini bölüşüb, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilməli yeniliklərlə bağlı fikirlər səsləndirib.

Tədbir zamanı Azərbaycan səhiyyəsində bilik mübadiləsi və gələcəkdə həyata keçirilməsi mümkün ortaq layihələr kimi aktual mövzular müzakirə olunub. Finlandiyanın səhiyyə modelini və texnologiyalarını Azərbaycana uyğunlaşdırmağın yolları araşdırılıb. Görüş iştirakçıları Finlandiyanın rəqəmsal səhiyyə sistemləri, ailə həkimliyi və icmalararası səhiyyə xidmətlərinin təkmilləşdirilməsinin Azərbaycan üçün faydalı ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, tədbirin həyata keçirilməsinin əsas məqsədi Finlandiya Azərbaycan arasında səhiyyə sahəsində daha dərin əlaqələr yaratmaq, təcrübə mübadiləsi aparmaq, Finlandiyanın qabaqcıl səhiyyə təcrübələrini öyrənmək və bu bilikləri Azərbaycanda tətbiq etmək, ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltməyə töhfə verməkdir.

Sonda Finlandiyada yaşayan fəal gənclərimizdən biri olan Pərvin Qəhramani öz bəstələdiyi əsəri ilə iştirakçıların zövqünü oxşayıb.

Şərhlər

Yaz...