Tarix: 17.12.2024 / 13:09
Finlandiyada soydaşımızın rəsm    sərgisi açıldı

Finlandiyada soydaşımızın rəsm sərgisi açıldı

Finlandiyanın Hämeenlinna şəhərində rəssam soydaşımız Çingiz Abbasovun "Fusion" adlı rəsm sərgisi açılıb.

Diaspora.TV xəbər verir ki, Kantola Qalereyasında baş tutan sərgidə Çingiz Abbasovun müxtəlif mövzularda 75, o cümlədən “2024” rəsm əsəri nümayiş olunur.

Açılış nitqində ziyarətçiləri salamlayan Çingiz Abbasov rəsm əsərini, ilk növbədə, ürəkdə alovlanan, ürəklə beyin arasında keçən, sonra əl, qələm və ya fırça ilə kağıza və ya kətana köçürülən böyük bir duyğu kimi təsvir edib.

Məlumat üçün bildirək ki, rəsm sərgisi 31 dekabr 2024-cü il tarixinə qədər açıq olacaq. Ətraflı məlumat üçün +358 45 1429177 telefon nömrəsi və ya [email protected] e-mail adresi ilə əlaqə saxlamaq mümkündür.

Xatırladaq ki, Çingiz Abbasov 1978-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1989-cu ildə isə Muxina adına Rəssamlıq və Dizayn Akademiyasının monumental sənəti üzrə magistratura təhsili alıb. İlk sərgisini 1990-cı ildə Finlandiyanın Hämeenlinna şəhərində açıb.

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.



Şərhlər

Yaz...