“Azərbaycan bədii və eləcə də qısametrajlı filmlərinin xarici ölkələrdə yaşayan azərbaycanlı soydaşlarımıza nümayiş olunması kinorejissorların səlahiyyətində olan məsələ deyil”.
Bu sözləri Diaspora.TV-yə kinorejissor Rövşən İsax deyib.
Rejissor bunun üçün səlahiyyətli orqanların olduğunu diqqətə çatdırıb:
“Biz kinoçəkənlərik. Bir də var çəkilən kinoları nümayiş etdirmək. Bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Bunun üçün proqram olmalıdır. Bütün filmlər həmin proqram əsasında nümayiş olunmalıdır”.
Qeyd edək ki, avqustun 1-də R.İsax Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
R.İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir. Ona "Aktrisa" filmi, "Pərvanələrin rəqsi", "Vicdan haqqı", "Yuxu kimi" serialları məşhurluq gətirib.
Jalə
Diaspora.TV