Tarix: 08.06.2024 / 17:16
Filmlərimiz kinofondda saxlanılır   - TƏƏSSÜF

Filmlərimiz kinofondda saxlanılır - TƏƏSSÜF

“Mən çox istərdim ki, filmlərimiz dünyaya çıxsın”.

Bu sözləri Diaspora.TV-yə Xalq artisti Rasim Balayev Azərbaycan filmlərinin beynəlxalq müsabiqələrdə nümayişindən danışarkən deyib.

Aktyor bildirib ki, bu günə kimi çəkilən filmlərimiz kinofondda saxlanılır:

“Kinofonda Kino Agentliyinə baxır. Bizim elə bir səlahiyyətimiz yoxdur. Çəkilən filmləri istəlinən ölkədə nümayiş etdirə, onları müxtəlif dillərə tərcümə edib dünya ekranlarına çıxara bilərik. Amma bu məsələyə aidiyyatı qurumlar baxır”.

Xalq artisti təəssüf hissi ilə film çəkilişlərinin dayandığını qeyd edib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...