“Azərbaycanın tanıtımı işi yüksək səviyyədədir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü Əli İsa Cabbarov müxtəlif dillərdə qısametrajlı filmlərin çəkilib beynəlxalq müsabiqələrdə təqdimatı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində diplomatik sahədə qələbə çalmağımızın səbəblərindən də biri bu tanıtımdı:
“COP tədbirinin də keçirilməsi bu tanıtımın uğurlarındandır. Bu il “Kann” festivalının rəsmi müsabiqəsindəyik, əvvəllər Venesiya və Karlovi Varı film festivallarında da olmuşuq”.
Əli İsa Cabbarov hesab edir ki, tanıtım işinin uğura aparan təşkilatlardan əsası Heydər Əliyev Fondudur:
“Bu əsas onların xiddmətidir. Kino kiçik də olsa öz müsbət rolunu oynayır”.
Jalə
Diaspora.TV