Tarix: 07 Oktyabr 2024 00:24 | Baxış sayı: 340
Fəxrəddin Yarıyevin təşəbbüsü ilə  Stravropolda    görüş keçirilib

Fəxrəddin Yarıyevin təşəbbüsü ilə Stravropolda görüş keçirilib

“Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri, Stavropol diyarının qubernatoru yanında Milli məsələlər üzrə Şuranın üzvü Fəxrəddin Yarıyevin təşəbbüsü ilə, Beynəlxalq İslam Biznes Assambleyasının Stavropol diyarında regional bölməsinin sədri Axmedov Maqomedsalam Abduraxmanoviç və sədr müavini Zubailov Ruslan Rabadanoviç arasında görüş keçirilib.

Bu barədə Diaspora.TV-yə Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.

Maqomedsalam Abdurahmanoviç Əhmədov təşkil olunmuş görüşə görə təşəkkür edib və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə ümid etdiyini bildirib.

Fəxrəddin Yarıyev iki dövlət arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib:

“Rusiya Azərbaycanla çoxəsrlik dostluq münasibətlərini yüksək qiymətləndirir. Ölkələrimiz arasında regionlararası əməkdaşlıq dostluğun və tərəfdaşlığın əsas tərkib hissələrindən biridir. Dövlətlərimiz arasında ticarət-iqtisadi əməkdaşlıq dinamik inkişaf edir, Rusiya-Azərbaycan işgüzar dairələrinin qarşılıqlı fəaliyyəti məhsuldardır. Rusiya Federasiyasının 73-dən çox regionu Azərbaycan Respublikası ilə xarici ticarət fəaliyyətində iştirak edir ki, onlardan biri də Stavropol diyarıdır. Rusiya-Azərbaycan görüşlərinin keçirilməsi yaxşı ənənəyə çevrilib və ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynayır”.

Görüşdə ticarət-iqtisadi əməkdaşlıq, kiçik və orta biznes üçün əməkdaşlıq imkanları, sənaye sektoru və aqrar-sənaye kompleksi sahələrində əməkdaşlıq, maliyyə və bank strukturları vasitəsilə qarşılıqlı fəaliyyət, layihələrə investisiyaların cəlb edilməsi, birgə layihələrin yaradılması, ventures, turizm, idman, təhsil, gənclər siyasəti digər məsələlər ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, ikitərəfli münasibətləri tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə qaldırmaq istəyi qeyd edilib ki, bu da Rusiya Federasiyası və Azərbaycan Respublikasının maraqlarına tam cavab verəcək, regional və beynəlxalq əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə verəcək.

Proqram və layihələrin həyata keçirilməsi üçün Vahid Koordinasiya Mərkəzinin yaradılması qərara alınıb.


Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs