Tarix: 05.09.2024 / 15:01
FETÖ azərbaycanlıdan zorla aldığı sərvəti qəbristanlıqda    gizlədibmiş

FETÖ azərbaycanlıdan zorla aldığı sərvəti qəbristanlıqda gizlədibmiş

Xəzinə ovçuları Türkiyənin Yalova şəhər qəbiristanlığında FETÖ-yə aid olduğu iddia edilən 6 milyon dollar və 6 kilo qızılı tapmaq üçün axtarış aparılar. Ötən aylarda iki dəfə qəbiristanlıqda qazıntı aparan insanlar çoxlu məzar açıblar. Hadisə ilə bağlı saxlanılan var.

Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, təxminən 3 ay əvvəl Yalova şəhər qəbiristanlığına gələrək məzar qazan xəzinə axtaranları görən əməkdaş bu barədə polisə xəbər verib. Hadisə ilə bağlı 4 nəfər tutulub. Tutulan şəxslər sonradan məhkəmə tərəfindən sərbəst buraxılıb, lakin onlar hadisə barədə danışmayıblar.

Qeyd edək ki, 2 ay əvvəl daha bir məzar qazılıb və 2 nəfər saxlanılıb. Həmin şəxslər sonradan məhkəmə nəzarəti altında azadlığa buraxılıblar.

Hadisə ilə bağlı tutulan şəxslər indiyədək apardıqları qazıntı işlərinin səbəbini açıqlamasalar da, Yalova şəhər qəbiristanlığında bir məzarda 6 milyon dollar və 6 kilo qızılın basdırıldığı barədə söz-söhbətlər ağızdan-ağıza yayılıb.

İddiaya görə, FETÖ azərbaycanlı iş adamına hədə-qorxu gələrək ondan aldıqları qızıl və pulları Yalovadakı qəbiristanlıqda gizlədib. Bunu eşidən insanlar Yalova şəhər qəbiristanlığına gələrək FETÖ-nün itirilmiş xəzinəsini axtarmağa başlayıblar.

Şərhlər

Yaz...