“İlin əvvəlində şəxsi adıma mükafat aldım, sahibi olduğum baxım evi də mükafatlandırıldı, 13 illik fəaliyyətim dəyərləndirildi”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Almaniyanın Hannover şəhərində yaşayan soydaşımız, Qocalar Evinin rəhbəri, iş qadını Sevda Yunusova deyib.
S.Yunusovanın sözlərinə görə, öz hesabına maliyyələşdirdiyi “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyəti bir çox uğurlu layihələrə imza atıb:
“Cəmiyyətimizə üzv olan hər kəs ölkəmizin tanıdılması üçün müxtəlif layihələr keçirdi. Bu il Azərbaycan üçün keçirdiyimiz tədbirlərlə yadda qaldı. Dünya Azərbyacanlılarının Həmrəyliyi günü və Yeni ildə Azərbaycan Respublikasının Xalq artisti Eyyub Yaqubov Hannover şəhərində konsert proqramı ilə çıxış edəcək. Cəmiyyətimiz də bununla ilin son tədbirini gerçəkləşdirmiş olacaq”.
Xəyalə Zöhrab
Diaspora.TV