Tarix: 03.08.2024 / 16:39
Evli azərbaycanlı rus qadınla evlənmək istədi, məhkəməlik oldu  - FOTO

Evli azərbaycanlı rus qadınla evlənmək istədi, məhkəməlik oldu - FOTO

Başqa qadınla nigahı olan Azərbaycan vətəndaşı Nijni Novqorodda digər bir qadınla ailə qurmağa cəhd etdiyi üçün məhkəməlik olub.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə region məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin avqustunda azərbaycanlı kişi sevgilisi ilə ailə qurmaq niyyəti ilə Dzerjinsk qeydiyyat şöbəsinə ərizə verib. Eyni zamanda o, subay statusu ilə bağlı dövlət qurumuna saxta arayış təqdim edib.



Araşdırma zamanı onun 2006-cı ildə azərbaycanlı xanım ilə ailə həyatı qurduğu məlum olub.

Azərbaycan vətəndaşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayətdə - qəsdən saxta sənəddən istifadə etməkdə ittiham olunub.

2024-cü il iyulun 30-da azərbaycanlıya 15 min rubl cərimə kəsilib.

Şərhlər

Yaz...