Tarix: 02.08.2024 / 10:16
Evlərə polis tərəfindən basqınlar olur  - Azərbaycanlı jurnalist

Evlərə polis tərəfindən basqınlar olur - Azərbaycanlı jurnalist

"Miqrantlarla bağlı son günlər vəziyyət gərginləşib. Metro çıxışlarında, küçədə, bir sözlə harda miqrant görülsə polis dərhal sənədlərini yoxlayır".

Bu barədə Diaspora.TV-yə müsahibəsində Moskvada yaşayan azərbaycanlı jurnalist Aqşin Kişiyev deyib.

"Miqrantların qaldıqları evlərə polis tərəfindən basqınlar olur. İnsan haqları müdafiaçiləri bu tədbirlərdən Rusiya vətəndaşlarının da zərər görə biləcəkləri barədə hökumətə xəbərdarlığ edib. Məsələ burasındadır ki, Rusiyanın miqrantlara qarşı bu təzyiqlərinə əslində bir anlam vermək həqiqətən də çətindir", - deyə A.Kişiyev bildirib.

Şərhlər

Yaz...