Tarix: 13.06.2024 / 17:37
Etirazlar nəticə verdi  - Rəisiyə görə Dizmar adı dəyişməyəcək

Etirazlar nəticə verdi - Rəisiyə görə Dizmar adı dəyişməyəcək

Mayın 19-da Şərqi Azərbaycanın Dizmar meşəsində İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğradığı yerdə xatirə abidəsi inşa ediləcək.

Diaspora.TV xəbər verir ki, bu barədə İran Ətraf Mühitin Mühafizəsi İran Ətraf Mühitin Mühafizəsi Təşkilatı məlumat yayıb.

Ətraf Mühitin Mühafizəsi Təşkilatının ictimaiyyətlə əlaqələr üzrə baş direktoru bundan əvvəl Dizmar meşəsinin tarixi adının dəyişdirilərək "Şəhid Cümhur" qoyulması barədə qərar ləğv edilib.

Qeyd edək ki, bir müddət əvvəl Dizmar meşəsinin tarixi adının dəyişdirilərək İbrahim Rəisinin həlak olması münasibətilə "Şəhid Cümhur" qoyulması barədə xəbər azərbaycanlılar arasında etirazlarla qarşılanıb.

Məsələnin geniş müzakirə və mübahisələrə səbəb olmasından sonra hakimiyyət Dizmarın tarixi adının dəyişdirilməsi barədə qərarı ləğv etməyə məcbur olub.

Bundan əvvəl Şərqi Azərbaycan Ətraf Mühit və Davamlı İnkişaf Evi məsələ ilə bağlı yaydığı bəyanatda hakimiyyətin qərarının azərbaycanlılar tərəfindən narazılıqla qarşılandığını bildirib.

"Tarixi Dizmar adının dəyişdirilməsi ətraf mühit fəallarının və bölgə əhalisinin narahatlığına səbəb olub. Bu ad bölgə xalqının mədəniyyət tarixinin bir hissəsidir və onu dəyişmək gərginliyin artmasına və buna qarşı müqavimətin yaranmasına səbəb ola bilər",- bəyanatda xəbərdarlıq edilib./GünazTV

Şərhlər

Yaz...