Tarix: 20.11.2024 / 10:27
"Estetik cərrahlar məni ölümlə təhdid edirlər" –    Azərbaycanlı jurnalist

"Estetik cərrahlar məni ölümlə təhdid edirlər" – Azərbaycanlı jurnalist

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ölum təhdidləri alması ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib.

Diaspora.TV xəbər verir ki, jurnalist bu barədə sosial media hesabında bildirib.

O qeyd edib ki, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər onu susdurmaq üçün təhdid edirlər:

"Bu təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram.

Haker hücumlarını maliyyələşdirənlər arasında “LBC” klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər və Könül Ağamirova, Ülviyyə Ağazadə, “Badam” klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də, saxta yolla plastik cərrah olmuş Sevinc Heydərova var.

Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etməyə başladılar.Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərməyə keçdilər. Övladlarımın həyatına zərər yetirəcəklərini bildirdikləri mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. İnstagram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta haker hücumlarına yönəldirlər".

Jurnalist hüquq--mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıb:

“Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlərin görülməsi zəruridir”.



Şərhlər

Yaz...