Tarix: 16.07.2024 / 15:01
Əsas problem keçirilən tədbirlərdə seçilmiş kütləyə xitab edilməsidir   - Fərid Əhmədov

Əsas problem keçirilən tədbirlərdə seçilmiş kütləyə xitab edilməsidir - Fərid Əhmədov

“2004-cü ildən Türkiyədə yaşayıram. Bu illər ərzində Azərbaycanla ələqəli bütün tədbir və anım günlərinin həm iştirakçısı, həm də təşkilatçısı olmuşam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Akhmedov’s Group”un sahibi, Türkiyədə yaşayan soydaşımız Fərid Əhmədov deyib.

F.Əhmədov əlavə edib ki, tələbəlik illərində istər universitetdə, istərsə də yataqxanada həm xarici, həm türk tələbələrinin Azərbaycanın yaşadığı keçmiş Qarabağ problemi ilə bağlı mühazirələrin təşkilatçısı olmuşam:

“Bundan başqa, Türkiyədə keçirilən “Xocalı Soyqırımı”, “20 Yanvar” faciəsi ilə bağlı mitinq və tədbirlərin təşkilatçılığında ilk sıralarda fəaliyət göstərmişəm. Bu gün də Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı əlimizdən gələni edirik. İki ilə yaxın diaspora tanıtım işləri üçün də fəal çalışmışıq”.

Müsahibimiz diaspor fəaliyyətində qarşılaşdığı problemlərdən də danışıb:

Diaspor fəaliyyətində gördüyüm əsas problem bizə ən yaxın ölkə olan Türkiyədə keçirilən tədbirlərin seçilmiş kütləyə xitab edilməsidir. Düşünürəm ki, yanlış anlaşılma olmaması üçün keçirilən hər tədbir və mərasimlərdə dərnək və təmsilçilərdən əlavə vətəndaşlara da məlumat verilməlidir. Şəxsən öz adımdan deyə bilərəm ki, 20 illik Türkiyədə göstərdiyim fəaliyyətlərin qarşılığında mənim kimi çox saylı insan daha çox aktiv diqqətə layiqdir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...