Tarix: 30.04.2024 / 14:35
Əsas problem düzgün  təşkilatlanmanın olmamasıdır

Əsas problem düzgün təşkilatlanmanın olmamasıdır

“Biz Gürcüstanda diaspora deyilik, abrogen xalqıq. Azərbaycan həqiqətlərinin tanıdılması üçün sosial şəbəkədə və Gürcüstan mediasında daima materiallar paylaşırıq və çap etdiririk”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Gürcüstanda yaşayan soydaşımız Amil Məmmədov deyib.

Onun sözlərinə görə, bu yolla Gürcüstanda yaşayan fəal azərbaycanlılar Azərbaycan həqiqətlərini gürcü cəmiyyətinə çatdırmağa çalışır. O qeyd edib ki, həm də Gürcüstanda yaşayan azərbaycanlılara öz ana dilində məlumatlanmaları üçün də işlər görülür.

“İnsanlara düzgün məlumatın çatdırılmasında çətinliklərlə üzləşirik. İnsanlara formal xarakterli yox, düzgün məlumat çatdırılmalıdır. Gənclərimizə məktəblərdə təlimlər keçmək lazımdır ki, daha çox məlumatlı olsunlar. Onlar üçün düşərgələr, maarifləndirici filimlər təqdim etmək olar”,-deyə azərbaycanlı fəal qeyd edib.

A.Məmmədov sonda əlavə edib ki, əsas problem Gürcüstanda düzgün təşkilatlanmanın olmamasıdır:

“Bəzən tədbirlər, fləşmoblar keçirilir və ora sadəcə azərbaycanlılar dəvət olunur. Bunu başqa formada da etmək olar. Misal üçün, gürcü mediasında azərbaycanlı gənclərin işlə təmin olunması üçün təşəbbüslər ola bilər. Beləliklə də, onların vasitəsilə Azərbaycan həqiqətlərini Gürcüstan mediasına daşımaq olar. Keçirilən tədbirlərə gürcü cəmiyyətini dəvət etmək, festivallar keçirmək lazımdır. Bədii filimləri və sənədli filimləri gürcü dilinə tərcümə edib, gürcü televiziyalarına təqdim etmək olar ki, yayımlasınlar. Bu formada işlər həyata keçirilsə, Azərbaycan həqiqətlərini daha yaxşı tanıtmaq olar”.

Xəyalə Zöhrab
Diaspora.TV




Şərhlər

Yaz...