Tarix: 31.07.2024 / 17:40
Cəmiyyət sədri Prezidentlə  görüşdü

Cəmiyyət sədri Prezidentlə görüşdü

"Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarla Prezident Aparatında görüşdük".

Diaspora.TV xəbər verir ki, bu barədə Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu öz sosial şəbəkə hesabında paylaşım edib.

"İştirakı ilə hər zaman fəaliyyətimizə dəstək olan Prezidentimizə bir daha təşəkkür etmək istəyirəm. Biz iki ölkə arasında çoxşaxəli işin başlanğıcındayıq. Onlara qarşıdan gələn tədbirlər, eləcə də bir çox digər məsələlər haqqında məlumat verdik", - deyə O.Həsənoğlu bildirib.

Şərhlər

Yaz...