Tarix: 25.09.2024 / 18:00
Ermənistanın “Gənc diaspor səfiri”    nə edir?

Ermənistanın “Gənc diaspor səfiri” nə edir?

İrəvanda Diasporla İş üzrə Baş Müvəkkili Aparatının “Gənc diaspor səfiri” proqramına start verilib.

Diaspora.TV erməni mediasına istinadla xəbər verir ki, artıq dördüncü ildir həyata keçirilən proqram diaspor gənclərinin Ermənistanın siyasi, sosial, iqtisadi və digər reallıqları haqqında biliklərini dərinləşdirmək, habelə onların öz icmalarının həyatında daha fəal iştirakını təşviq etmək məqsədi daşıyır.

Proqram, həmçinin yeni bilik, bacarıqlara yiyələnmək, praktiki əlaqələr qurmaq və təcrübə mübadiləsi aparmaq, həmçinin Ermənistan gəncləri ilə diasporun müxtəlif icmaları arasında əməkdaşlığın formalaşdırılması yolu ilə onların fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir.

Bu il proqramda 18 ölkəni təmsil edən diaspordan 28 erməni gənc iştirak edir: Rusiya, Belarus, Fransa, Almaniya, İsveç, Litva, Latviya, Polşa, Çexiya, Rumıniya, Hollandiya, Böyük Britaniya, Gürcüstan, İran, Avstraliya, ABŞ, Suriya və Çin.

İştirakçılar xüsusi hazırlanmış hazırlıq proqramında iştirak edərək 15 gün Ermənistanda olacaqlar. İl ərzində onların hər biri öz icmasında planlaşdırılmış tədbirlər həyata keçirəcək. Proqrama həm nəzəri, həm də praktiki dərslər, o cümlədən mühazirələr, seminarlar, görüşlər, təcrübə mübadiləsi tədbirləri, həmçinin Ermənistan Respublikasının dövlət, elm, təhsil, mədəniyyət və mənəvi qurumlara, xatirə yerlərinə və regionlarına səfərlər daxildir.

Şərhlər

Yaz...