Tarix: 22.11.2024 / 10:02
Ermənistanda Təbriz sakini azərbaycanlı  olduğuna görə döyüldü    - VİDEO

Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə döyüldü - VİDEO

Ermənistana işləmək məqsədilə gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız Azərbaycan türkü olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Məlumata görə, güneyli gənc sonda zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.



Şərhlər

Yaz...